Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


04.07.2023  12:11 

Xaricdə təhsil alan 115 nəfərin diplomu tanınmadı





A+  A-

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

XəzərNews.az Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadla xəbər verir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 112, dövlət nümunəli olmayan diplom səbəbilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 201, Rusiya Federasiyasından 152, Gürcüstandan 69, Türkiyə Respublikasından 23, Birləşmiş Krallıqdan 3, digər ölkələrdən isə 14 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 64, menecment üzrə 59, maliyyə üzrə 57, mühasibat üzrə 19, bizensin idarə edilməsi üzrə 17 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

Xəbər 2638 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +