Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


28.11.2017  09:16 

Bakıda avtobus piyadanı vurdu





A+  A-

Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub.

Nəticədə ağır xəsarətlər piyada hadisə yerində dünyasını dəyişib. Əraziyə YPX müfəttişləri və Binəqədi RPİ-nin əməkdaşları cəlb olunub. Ərazidə müayinələr aparılıb. Avtobusun sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtobusun vurduğu qadın ruhi-əsəb xəstəsi olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyətlər yaradırmış. Növbəti belə vəziyyətlərin birində isə o, avtobusun qarşısına çıxıb. Qeyd edək ki, avtobus həmin vaxt qaraja yollanırmış.

Xəbər 3114 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +