Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


16.10.2017  12:21 

Pedofilyada ittiham olunan vitse-prezident DANIŞDI: “Asəf Məlikov Nazim İbrahimovla birləşib ...”





A+  A-

Azərbaycan Qılıncoynatma Federasiyasının keçmiş prezidenti Nazim İbrahimovun vaxtında birinci katib postunu tutmuş Asəf Məlikov 82 yaşlı vitse-prezident Yaşar Məmmədovu pedofiliyada ittiham edib.
Həm də bunu şifahi formada yox, Beynəlxalq Federasiyanın və Avropa Qılıncoynatma Konfederasiyasının rəhbərliyinin adına göndərdiyi məktublarda yazılı şəkildə edib. A. Məlikov öz yazdıqlarını daxili işlər orqanlarına da göndərdiyini bildirib.

Yaşar Məmmədov da haqqında səsləndirilən ittihamlara cavab verib. O bildirib ki, Artıq Asəf Məlikovu məhkəməyə verib: “Onu məhkəməyə vermişəm. Oktyabrın 19-da Nərimanov rayon məhkəməsində bu işə baxılacaq. Təkcə mən yox, tələbə qızlarım da onu buna görə məhkəməyə veriblər.

Bu adam haqqında keçən dəfə demişdim ki, ikiüzlüdür. Əvvəlcə mənim adıma zal açmışdı, sonra Nazim İbrahimovla birləşib onu ləğv etdi. Başladı düşmənimlə birlikdə mənə qarşı işləməyə. Bu adamdan nə gözləyəsən? Ona demişdim ki, mən sağam, niyə mənim adıma zal açırsa. Deyir ki, sağlığında qiymət vermək lazımdır. Sonra keçdi Nazim tərəfə. İndi də məni belə ittiham edir. Ayıbdır. Belə vicdansızlıq olmaz. Onu məhkəmədə süründürəcəm”.

(qafqazinfo.az)

Xəbər 3372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +