Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


20.09.2017  12:51 

“Nazim İbrahimovun mənə 159 min borcu var” - Federasiyada nə baş verir?





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti müəyyənləşəcək. Saat 15:00-da başlayacaq konfransda yeganə namizəd Təhsil Naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarovdur.
Federasiyanın vitse-prezidenti Yaşar Məmmdov baş verənlərlə bağlı açıqlama verib. O, bir ay öncə federasiyada keçirilən seçkilərdən, Nazim İbrahimovun seçilməsindən və istefasından danışıb.

Məmmədov həmçinin özünün də vitse-prezident postundan göndərilməsi xəbərlərinə münasibət bildirib:

“Məni heç kim ordan çıxara bilməz. Necə olurdu ki, avqustun 17-si keçirilən seçkilərdə bir nəfər də olsun idmançı, məşqçi iştirak etmir.

Mənim yerimə Ramin Məmmədovu seçmişdi. Hansı ki, o, federasiyadan qovulub. Oktay Şahverdiyevi isə baş məşqçi qoyublar, heç bir tələbəsi yoxdur, hansısa məktəbdə komendant işləyib. Nazim İbrahimov 28 ay idi ki, idmançılara maaş vermirdi. Onun 26 ayını cibimdən vermişəm. Bu adamın mənə 159 min manat borcu var. Onu verməmək üçün, guya, məni vəzifədən çıxarıb. Amma rəsmi deyildi bu. Heç kim o iclasda iştirak etməmişdi.

Nazim İbrahimovu 2007-ci ildən federasiyaya seçmişdik. 3 il yaxşı işlər gördü. 2010-cu ildən isə bir dəfə də olsun zala ayaq basmayıb. Demişdilər ki, ölkədə hər rayonda zal açacağıq. Amma lazım olan zalı təmir etmədilər. 3 ildir ki, komanda yarışa getmir, 2 ildən çoxdur maaş almır"

(qafqazinfo.az)

Xəbər 2619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +