Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


29.07.2025  11:19 

Tarif Şurası sabit tariflə bağlı QƏRAR VERƏCƏK





A+  A-

Prezident İlham Əliyevin sərəncamı ilə “Elektroenergetika haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib.

Dəyişikliklərə əsasən, elektrik enerjisində sabit tarif tətbiq ediləcək.

Qanunda deyilir ki, sabit tarif dedikdə elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi nəzərdə tutulur.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Sadə formada desək, mənzili olan, amma orada yaşamayan vətəndaşlar da elektrik enerjisini sabit tariflə ödəyəcəklər.

Sabit tarifin səviyyəsi hələlik müəyyən olunmayıb. Energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasında bildirib ki, sabit tarif hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

XəzərNews.az-ın məlumatına görə, sabiq tarifin məbləğini Tarif Şurası müəyyən edəcək.

Belə ki, yeni dəyişikliyə əsasən, “Elektroenergetika haqqında” qanunun 9.2. maddəsinə, yəni elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflərə sabit tarif də (9.2.6. bənd olaraq) əlavə edilib.

Həmin qanunun 42.5.6.-cı maddəsinə əsasən, qiymət və tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Prezident İlham Əliyevin 2023-cü ildə imzladığı fərmanla burada orqan (qurum) dedikdə Tarif (qiymət) Şurası nəzərdə tutulur.

Beləliklə, elektrik enerjisində sabit tarifin məbləğinin müəyyən edilməsi üçün Tarif Şurasının qərarı gözlənilir.

Xəbər 622 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +