Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


21.03.2024  18:02 

Gələcəkdə Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür





A+  A-

Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.

Xəzərnews.az xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır:

“Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik.

TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir.

Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın.

Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.

H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.



Xəbər 3416 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +