AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.05.2023  14:52 

Azərbaycan niyə Ərdoğan deyir?! - TƏHLİL





A+  A-

2013-cü ildə o zaman Baş nazir olan Əhməd Davudoğlunun köməkçisi Etyen Mahcupyandan müsahibə almışdım. Özlüyündə obyektiv insan təsiri bağışlamış, Xocalı soyqırımını qəbul etdiyini bildirmişdi. İntəhası, Davudoğlu haqında düşünmüşdüm: nə etmək istəyir? Erməni açılımı, erməni müşavir və s.

2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin həmmüəlliflərindən biri indi "Millət" İttifaqında, Kılıcdaroğlu cinahında yer alan həmin Davudoğludur.

Sonradan bu uğursuz planın Pensilvaniyada hazırlandığını biləcəkdik. Məlum təriqətin mətbəxində "bişirilərək" Baş diplomatın icrasına verilən plan Azərbaycan və Türkiyə münasibətlərində ciddi xələl yetirmişdi.

Sadalamağa gərək duymadığım naxoş görüntülər hələ hafizələrimizdən silinməyib.

CHP-nin o zamankı sədri mərhum Dəniz Baykal hökümətin yaxasından ikiəlli yapışmışdı: "Azerbaycan başqa ülkelere benzemez, onu kaybedersen, Türk dünyasını kayb edersiniz..."

Ruhu şad olsun! Deməli, problem təkcə CHP-də yox, əsasən, sükan arxasında duran şəxs və heyətdədir.

(Yeri gəlmişkən, Azərbaycanın işğal faktı ilə bağlı qətiyyətli mövqeyinə məhəl qoymadan Ermənistana qarşılıqlı səfər edən Prezident Abdulla Gül də indi Kılıcdaroğlunu dəstəklədiyini açıq ifadə edib.)

Əlbəttə, geniş casus şəbəkəsinə və texniki imkanlara sahib Fətullah Gülən bunu bağışlamazdı, bir müddət sonra məlum şantaj hadisələri baş verdi, türk siyasəti Dəniz Baykal kimi milli kaloritli şəxsiyyəti itirdi, Ankara bələdiyyəsinin sədri Melih Gökçəyi "sayğac" skandalı ilə küncə sıxışdırmaqdan başqa heç bir hekayəsi, siyasi keçmişi olmayan Kamal Kılıcdaroğlu CHP--nin sədrliyinə gətirildi.

Təbii, Kılıcdaroğlunun fətullahçı olduğunu iddia etmək fikrindən uzağam, sadəcə, o zaman birbirinə zidd iki qütbün maraqları uzlaşmışdı, indi olduğu kimi... Dejavu.

Anti-Ərdoğançılara elə gəlirdi ki, Dəniz Baykalın siyasi performansı yetərli deyil, tipik mühasib çöhrəli Kılıcdaroğlu isə Ərdoğanı məğlubiyyətə uğrada bilər...

Gerisi məlumdur.

"Millət" İttifaqının qeyri-milli üzvü HDP haqqında xüsusi arayış verməyə ehtiyac yoxdur, bu partiyanın siyasi davası Türkiyə və Azərbaycanın dövlət maraqları ilə daban-dabana ziddir.

Məsələn, Türkiyə erməniləri yekdil olaraq HDP-ni dəstəkləyir, bu partiyanın sıralarında siyasətlə məşğul olurlar. HDP sadəcə separatçı kürdlərin qurduğu partiya deyil, o həm də Türkiyə ermənilərinin partiyasıdır. Əlbəttə, etnik mənsubiyyət partiya qurmaq, siyasətlə məşğul olmaq, parlamentdə təmsil olunmaq üçün mane deyil.

Ümumiyyətlə, terroristi mağaradan çıxarıb, sivil mübarizə platformasa çəkmək Türkiyə dövləti üçün daha məqbuldur. Bir növ düşməni göz önündə tutmaq prinsipi.
Adətən,hökümətlər daha çox cari siyasətlə, dövlət isə dərin siyasətlə məşğul olur.

Mən inanıram ki, CHP sədri Kılıcdaroğlunun təqdim etdiyi və qardaş ölkənin timsalında hörmətli Ərdoğana bəslədiyimiz sevginin, nümayiş etdirdiyimiz mənəvi dəstəyin qisası kimi də anlaya biləcəyimiz, Azərbaycanın kənarda saxlanıldığı "Türk yolu" layihəsinin ideya müəllifi məhz Səlahəddin Demirtaşdır. Əgər, HDP iqtidara gəlməyi bacarsa, daha doğrusu iqtidar ortağı ola bilsə Azərbaycan və Anadolu türklərinin arasına nifaq toxumu səpmək üçün edilən müxtəlif cəhdlərin də şahidi olacağıq.

Düzdür, "Millət" İttifaqının əsas sütunlarından olan İYİ partiyanın sədri, türk millətçisi Meral Akşenerin köməkçisi məni inandırmağa çalışır ki, əgər hakimiyyətə gəlsələr Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin mövcud ritorikasında geriləmə olmayacaq, amma mən onun sözünün mötəbərliyinə inanmaqla yanaşı Kılıcdaroğlunun nəbzinin Azərbaycan və Türk dünyası ilə döyünəcəyinə şübhə ilə yanaşıram.

Nəzərimizdən yayınmır ki, İYİ partiya istisna olmaqla görünən və görünməyən oyunçulardan ibarət anti-Ərdoğan ittifaqı birmənalı olaraq həm də anti-Azərbaycan ittifaqdır.

Ona görə də Azərbaycan Ərdoğan deyir!

Hesab edirəm ki, seçkini qazanan Ərdoğan, istənilən sseanridə ulduzu parlayan isə Sinan Oğan olacaq. Sadəcə, Dövlət Baxçalı ilə Sinan oğanı bir araya gətirmək lazımdır, yəni Sinan bəyin önündən Baxçalı baryerini qaldırmaq lazımdır, bu mümkündür.

Əlbəttə, 14 may axşamı Bakıda hörmətli Ədoğanın qələbəsini qeyd etməyi arzu etməklə yanaşı qardaş türk xalqının iradəsinə hörmətlə yanaşmaq da borcumuzdur.

Bəhruz Həsənov



Xəbər 1075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +