Aktrisa da dərmanların bahalığından şikayətləndi
Nazir müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO


30.04.2020  15:08 

“Məktəblərin açılması real görünmür” - Nazir müavini





A+  A-

“Təhsil sahəsi ən geniş, əhatəli olduğuna görə, yəqin ki, karantin dövründə ilk açılan müəssisələrdən olmayacaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.

Bildirib ki, pandemiya sadəcə Azərbaycanın yox, dünya təhsil sisteminə öz mənfi təsirini göstərib: “1 milyon 600 min şagird, 100 minə yaxın tələbə, təhsil işçiləri tədrisdən kənarda qaldı. Hər bir ölkə vətəndaşı bu təhlükəni yaxşı başa düşür. Biz uşaqlarımızın sağlamlığını düşünməliyik. Təhsil müəssisələrinin nə vaxt açılacağı ilə bağlı sual hamını düşündürür. Dərs ili ay yarımdan sonra yekunlaşmaq üzrədir. Sadəcə olaraq bunu qeyd edə bilərəm ki, indiki dövrdə yəqin ki, təhsil müəssisələrinin açılması haqqında danışmaq tezdir. Dərs ilinin sonuna qədər məktəblərin açılması real görünmür. Biz başa düşürük ki, sosial məsafənin qorunması məktəbdə çox çətin olacaq. Uşaqların sağlamlığını qorumaq üçün bu, real görünmür”.

O qeyd edib ki, əgər tədris proqramları bu və ya digər formada şagirdlərə çatdırılırsa, burada dərs ilinin uzadılmasına heç bir zərurət qalmır: "Yəqin ki, dərs ili öz vaxtında yekunlaşacaq".

Xəbər 1668 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +