AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.06.2018  16:21 

ABŞ helikopterləri Əfqanıstanda Rusiyaya uduzur





A+  A-

ABŞ-ın Əfqanıstandakı sılahlanmada dəyişmək istədiyi “UH-60 Black Hawk” döyüş helikopter Rusiya istehsalı “Mİ-17”lərdən göstəricilərinə görə geri qalır.
XəzərNews.az “The War Zone” portalına istinadən xəbər verir ki, bunu Əfqanıstanla bağlı hesabatında ABŞ Müdafiə Nazirliyinin müfəttişi Qlen Fayn bildirir.

Fayn Əfqanıstanda vəziyyət barədə növbəti üç aylıq hesabatında helikopterlərinin dəyişdirilməsinə etiraz edir.

“Keçid hələ ki həll olunmamış bir sıra problemlər yaradır. Onlar (Black Hawk) “Mi-17”-nin daşıya bildiyi bəzi yükləri daşıya bilmir. Nəticədə iki “Black Hawk” işə salmalı oluruq. Bundan əlavə “Black Hawk” “Mİ-17” kimi böyük yüksəkliklərdə uça bilmir. Ona görə də onu Əfqanıstanın bəzi ucqar ərazilərdə istifadə etmək mümkün olmayacaq” – Fayn hesabatda bildirib.

Müfəttiş həmçinin bu cür problemlərin keçid ərəfəsində daha aydın özünü göstərəcəyini qeyd edir.

Qeyd edək ki, Əfqanıstan Silahlı Qüvvələri 2017-ci ilin dekabrına 47 Mİ-17 helikopterə malik olub. Onlardan 24-ü ehtiyat hissələrinin olmaması səbəbi ilə istismar edilmir. Həmin tarixə ABŞ hərbçilərinin istifadəsində 8 “Black Hawk” olub. Pentaqonun planına görə 2019-cu ilin sonuna kimi onların sayı 52-yə çatdırılmalıdır.

Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +