AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


19.09.2017  08:41 

Kompyuter oyunları üzrə çempionatın final mərhələsi başa çatdı





A+  A-

15-17 sentyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası tərəfindən Kompyuter oyunları üzrə gənclər arasında keçirilən XI Azərbaycan Milli Çempionatının final mərhələsinə yekun vurulub.
XəzərNews.az xəbər verir ki, çempionatda Tekken 7 (1x1), HearthStone (1x1), Counter Strike: Global Offensive (5x5), DOTA 2 (5x5) və World of Tanks (7x7) növləri üzrə fərdi və komanda yarışlarında ölkənin bütün regionlarından – Ağdaş, Astara, Biləsuvar, Daşkəsən, Fizuli, Gəncə, Goranbay, İsmayıllı, Qax, Qusar, Laçın, Mingəçevir, Naftalan, Oğuz, Siyəzən, Sumqayıt, Şəki, Şirvan, Tovuz, Zaqatala, Zərdab və Bakı şəhərlərindən ümumilikdə 190 iştirakçı qüvvəsini sınayıb.
Fərdi oyunlara Hearthstone və Tekken 7 növlərinin hər biri üzrə 16 oyunçu iştirak edib. Komanda oyunlarına isə Counter-Strike: Global Offensive üzrə 16, Dota 2 üzrə 8 komanda, World of Tanks üzrə 6 komanda qatılıb. CS GO və Dota 2 növləri üzrə yarışlarında hər birində 5, World of Tanks üzrə isə hər birində 7 nəfər olmaqla bir komanda iştirak edib. Maraqlıdır ki, kompyuter oyunları üzrə XI Milli Çempionata bir neçə xanım geymer qatılıb və onlardan bir nəfər Hearthstone üzrə ən güclü üçlüyə daxil olub.
Azərbaycan Kiberidman Federasiyasının saytı vasitəsilə böyük həyəcanla canlı izlənilən final mərhələsində ilk üç yer uğrunda gərgin mübarizə gedib. Qaliblərin adlarını Sizə təqdim edirik:
HearthStone oyunu üzrə: NeZo — Nasimi Mammedov, Michio — Elbery Iskenderli, AlterEgo — Teymur Tushiyev; Tekken 7 oyunu üzrə: Conan — Azer Aliyev, Blaze — Chingiz Karyagin, Stalker — Orkhan Garalov; Dota 2 oyunu üzrə: ShapShup, Name1ess, Sons of Anarchy; Counter-Strike: Global-Offensive oyunu üzrə: Firenation, WJ, Azzers; World of Tanks oyunu üzrə: AzeTeam, UNITY-WoT, PSIX.
Qeyd edək ki, CS GO, Dota 2 və World of Tanks (cəmi 9 komanda) növləri üzrə ilk 3 yeri tutmuş komandalar noyabrın 2-dən 5-dək Kazanda (Rusiya) keçiriləcək TNA Çağırış Kubokunda Azərbaycanı təmsil edəcəklər. Tekken 7 və CS GO oyunlarında qalib adını qazananlar isə noyabrın 6-12-də Pusan (Cənubi Koreya) şəhərində təşkil olunacaq kiberidman üzrə IX Dünya Çempionatına vəsiqə əldə edəcəklər.




Xəbər 1427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +