AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


03.05.2017  09:35 

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü - Adı, şok təfərrüat





A+  A-

Ötən ilin avqustunda «qanuni oğru» Rövşən Canıyevin(Lənkəranski)qətlində iştirak edən killer Sankt-Peterburqda öldürülüb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Rusiya KİV-i yayıb. Məlumatda deyilir ki, Lənkəranskinin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıb və Rusiyaya gedib. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi məlum olub. Öldürüləndə də üstündə Cümşü Həsənov kimi qeyd edilən saxta sənəd tapılıb.

Qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, «Lənkəranski» yə sui-qəsd olanda o, Türkiyədə olub.
Bildirilir ki, Cabir Həsənov cəzasını azərbaycanlı «qanuni oğru» Nadir Səlifovun(Lotu Quli) saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, Quli ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun(Rafiq Masallinski) intiqamı kimi izah edir. Məlumata görə, Rafiq Masallinski bu qətldən sonra yaxın ətrafına «sırada daha 6 nəfər qaldı» deyib. Bu, isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.

Mövzu ilə bağlı daha da ətraflı məlumat verməyə çalışacağıq.

Xəbər 1262 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +