“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.02.2024  11:52 

Gündəlik beş namazın hikmətləri





A+  A-

Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi vəs-səlləm) onun hikmətini belə bəyan edir:

Sübh namazı: Sübh, şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Hər kəs o saatda namaz qılsa, özünü ilahi nəsimdə qərar vermiş olacaq və şeytanın şərrindən güvəncdə qalacaq.

Zöhr namazı: Zöhr, bütün aləm Allaha təsbeh deyir, pis olar ki, mənim ümmətim Allaha təsbeh deməsin. Zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdikləri vaxtdır. Ona görə də hər kəs bu saatda ibadətlə məşğul olsa cəhənnəmdən qorunar.

Əsr namazı: Əsr, Adəm və Həvvanın səhv etdiyi vaxtdır. Bizə lazım oldu ki, bu saatda namaz qılaq və deyək ki, biz, Allahın əmrinə tabeyik.

Şam namazı: Şam və ya Məğrib vaxtı, həzrət Adəmin tövbəsinin qəbul olunduğu vaxtdır və biz də onun şükrü olaraq namaz qılırıq.

İşa namazı: Allah Taala, işa namazını ümmətimin qəbirinin aydınlaşması və rahatlığı üçün qərar verib.

Namazı gündə beş dəfə qılmağın fəzilətləri

Aparılan elmi araşdırmalar nəticəsində sübut olunub ki, namazı gündə beş dəfə qılmağa ehtiyacımız var. İbadətlərə nəzər salanda namazın digər ibadətlərin önünə keçdiyini dərk edirik. Ona görə də Allah onu bizə fərz buyurmuşdur. Belə bir ibadətin mənəvi faydaları ilə yanaşı, vücuda da bir çox yararları barədə mənbələrdə çox maraqlı, düşündürücü faktlara rast gəlmək olur.Oxucuları tanış etmək Allaha xoş olar. Namaz ürəyin fəaliyyətini tənzimləyir, damarları genişləndirir, hüceyrələri elastikləşdirir. Həzm sistemini yaxşılaşdırır, sinirləri sakitləşdirir, qəbzliyin və oynaq iltihabının qarşısını alır.

Xəstəliklərə qarşı immuniteti artırır. Əzələləri gücləndirir və oynaqların hərəkət qabiliyyətinə müsbət təsir göstərir. Vücudu gücləndirib əzginliyi və halsızlığı aradan qaldırır. Fiziki və əqli sağlamlığa faydalı olur. Qozbelliyin yaranmasına mane olur və bel ağrılarını aradan qaldırır. Namazın hərəkətləri qan dövranını tənzimləyir, beyinə qanın düzgün getməsini təmin edir.

Namaz bel ağrılarını azaldır: Müasir dövrdə xüsusilə də müəyyən yaşdan sonra insanların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də bel ağrısıdır. Bel ağrısını müalicə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Halbuki bel ağrısının ən mükəmməl məlhəmi bəşər övladına on dörd əsr əvvəl bildirilmişdir.

Statistikaya görə, insanların 80-90%-i həyatda bir və ya bir neçə dəfə bel ağrısı keçirir. Əvvəllər insanlar daha aktiv və hərəkətli yaşayırdılar. İndi isə texnologiyanın inkişafı həyatı passivləşdirmişdir. Bu da bel ağrılarının geniş yayılmasına səbəb olur.

Həkimlər bel ağrısının qarşısını almaq üçün müəyyən hərəkətlərin edilməsini məsləhət görürlər. Ən faydalı hərəkət kombinasiyası isə namazda ehtiva olunmuşdur.

Yaratdığı bəndənin ehtiyaclarını bilən Uca Allah ibadətlərin belə insanın sağlamlığına da faydalı olsun deyə ən münasib hərəkətlərlə yerinə yetirilməsini istəmişdir. İbadətlərdə məqsəd Allahın rizası olsa da, sağlamlığa dair hikmət və faydalarını bu dünyada bir lütf kimi qəbul etmək olar. Bu hərəkətlər insanın sağlamlığı üçün çox faydalı olmasını mütəxəssis izahında:Dizləri qatlayıb oturmaq bel əzələlərinin daha yaxşı dartılmasını təmin edir, bel və döş qəfəsi əzələlərini qüvvətləndirir;Əlləri yerə dayayıb alını yerə qoyduqdan sonra dikəlib oturmaq. Bunu namazda səcdəyə gedərkən edirik. Bu hərəkət beli əymədən edilir. Bu zaman əlin təkanı köməyə gəlir və fəqərə disklərinə güc düşmür, beləcə bel əzələləri qüvvətlənir;Əyilib əllərinizi dizlərinizin üstünə qoyun və belinizi dik saxlayın, sonra da dizlərə təkan verib belinizi dikəldin. Bu hərəkət bel əzələlərini qüvvətləndirir.

Gənclərdə bel ağrılarına tez-tez rast gəlinməsi əzələ toxumasının zəifliyi ilə əlaqədardır. Zəif əzələlər fəqərələrə kömək edə bilmir, yük fəqərələrə və fəqərələrarası disklərin üzərinə düşür və xəstəliklərə zəmin hazırlayır. Yuxarıda sadalanan hərəkətlərlə bu əzələləri gücləndirmək lazımdır.

Aparılan araşdırmalardan da məlum olur ki, kiçik yaşlarda namaza başlayan insanlar arasında bel ağrılarına nadir hallarda rast gəlinir.

Namaz və beyin: Beyin insan vücudunun ən yuxarı hissəsində yerləşir. Bu səbəbdən bəzən yerin cazibə qüvvəsinin də təsiri ilə beyin ümumən və ya kifayət qədər qanla təmin edilmir. Üstəlik, beyinə gedən qan damarlarının deformasiyaya uğraması və ya qanda şəkərin miqdarının azalması ilə nəticələnən bir sıra xəstəliklər varsa, təhlükə daha da artır.Bu cür halların qarşısını almaq üçün ilk növbədə beyini qanla təmin edən damarları sağlam saxlamaq lazımdır. Dəstəmaz və namaz isə bu mənada ən yaxşı tədbirdir. Qiyam, sonra rüku və ardınca səcdə beyinə qanı həm sürətlə, həm də getdikcə artan tempdə ötürür. Qanın bu üsulla tədrici olaraq beynə göndərilməsi, eynilə avtomobilin sürətinin yavaş-yavaş artırılmasına bənzəyir.

Rəbbimiz incə damarlara və həssas quruluşa malik insan beyninin qanla təminatını mükəmməl tənzimləmişdir. Beləcə, gündə beş vaxt namazda qırx dəfə rükuya, səksən dəfə səcdəyə gedirik ki, bunun da sayəsində həm beyin kifayət qədər qanla qidalanmış, həm də damarlar və sinirlərin sağlamlığı qorunmuş olur.

Dəstəmaz və namazın ömür boyu edilən ibadət olduğunu da unutmamalıyıq. Bir ildə edilən rüku və səcdələrin sayı 43800-dür. 63 il ərzində isə bu rəqəm 2.628.000-a çatır. Bu mənada namazın istər beyinə, istərsə də digər orqanlara nə qədər faydalı olduğunu bir təsəvvür etmək olar.

Revmatizmin dərmanı namaz: Oynaqlar bədənimizin hərəkətini təmin edir. Oynaqların sağlam olması onların mütəmadi olaraq hərəkət etməsindən asılıdır. Diqqət etsək görərik ki, namaz qılarkən demək olar ki, bütün oynaqlar hərəkət edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oynaq sağlamlığı və onların özünəməxsus şükrü ilə əlaqədar buyurur: “Siz hər bir oynağınıza görə bir sədəqə borclusunuz. Hər təsbih (“Subhənallah”) sədəqə, hər təhlil (“Lə iləhə illəllah”) sədəqə, hər təkbir sədəqədir (Elə isə, bu zikrləri tərk etməyin). Quşluq vaxtı qılınan iki rükət namaz da bunları əvəz edir”.

Hədisdə oynaqlar üçün edilən şükürlər arasında iki rükət quşluq namazı da tövsiyə olunur. Bunun üzərində dayanmağa dəyər. Məlumdur ki, quşluq (duha) namazı sabah vaxtı ilə günorta arasında qılınır. Yuxu zamanı oynaqlar uzun müddət hərəkətsiz qalır. Bu da orqanların fəaliyyətinə və oynaqlara mənfi təsir göstərir. Məhz bu vaxt dəstəmaz alıb qılınan iki rükət namaz oynaqların hərəkətini yenidən bərpa edir.

Göründüyü kimi, Allah-Təala namaztək məsuliyyətli bir ibadəti çiyinlərimizə qoymuşdur. Eyni zamanda namazın hərəkətlərini saysız-hesabsız fiziki və mənəvi xəstəliklərə şəfa etmişdir.

“Günaydın” (Türkiyə) qəzetinin 5 avqust 1983-cü il tarixli sayında belə bir məqalə dərc olunmuşdur: “Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır”.

“Fransız həkimlər revmatizm, bel və onurğa sümüyü ağrılarından əziyyət çəkən xəstələrə müsəlmanlar kimi beş vaxt namaz qılmağı tövsiyə edirlər. Həkimlərin fikrincə, namazdakı hərəkətlər ən yaxşı gimnastik hərəkətlərdir və gündə beş dəfə namaz qılmaq revmatizm ağrılarını xeyli azaldır. Həmçinin onlar namazda əyilib-qalxmağın diz qapaqlarındakı ağrıları götürdüyünü, səcdənin isə bilavasitə kürək əzələlərini gücləndirdiyini qeyd edirlər”.

Namaz kapillyar damarları qoruyur: Məlumdur ki, idmanın məqsədi sağlam vücuda sahib olmaqdır. Məlumdur ki,idmanın sağlamlığa müsbət təsir etməsi üçün qan dövranı və kapillyarlar sağlam olmalıdır. Qərb ölkələrinin tibb sahəsində yaş və ya yaşlanma məfhumları qeyd olunan kriteriya əsasında müəyyənləşir. Məsələn, bir insanın 50 yaxud 70 yaşında olması o qədər də önəmli sayılmır. Əsas məsələ həmin insanın damarlarının yaşıdır. Əgər 70 yaşlı bir insanın damarları elastikliyini qoruyub saxlayıbsa və funksiyasını yerinə yetirə bilirsə, əgər iyirmi yaşındakı sağlam bir insanın damarları kimidirsə, onda həmin şəxsin fizioloji yaşı (70 olmasına baxmayaraq) iyirmi yaş qəbul olunur.

Damarlar bədənin elastik borucuqlarıdır: qanı orqanizmin bütün orqan və toxumalarına daşıyırlar. Qan müxtəlif ölçülü damarlarla - arteriya, arteriol, arterial kapilyarla orqan və toxumalara, ordansa venoz kapilyarlar, venul və venalarla ürəyə mürəkkəb əməliyyatlarla daşınır. Buna görə də damarların öz funksiyalarını icra etməsi üçün onların elastik və sağlam olması vacibdir.Damar xəstəliklərindən əziyyət çəkənlərin diqqətinə tibdə məsləhət bilinən reseptlərdən birini təqdim edirik: ”Damarları təmizləmək üçün iki limonu ətçəkən maşından keçirin. Üzərinə iki xörək qaşığı bal əlavə edin, qarışdırın, şüşə bankada və otaq temperaturunda bir sutka saxlayın. Yeməkdən qabaq gündə iki-üç çay qaşığı qəbul edin”.

Məsələ ilə bağlı həkimlər araşdırmalar zamanı aşağıdakı nəticəni əldə ediblər:

“Kapilyarların sağlamlığını qorumaq üçün qaçış, ağırlıqqaldırma və boks kimi sərt idman növlərindənsə, müntəzəm şəkildə ahəngli və ritmik hərəkətlər etmək daha faydalıdır.Buna görə də , çinlilər asta hərəkətlərlə müşayiət olunan idmanla məşğul olurlar. Hətta şəhər əhalisi küçələrə enib bu asta və ahəngdar hərəkətləri birlikdə edir.Nəticə etibarilə, aparılan tədqiqatlar, əldə olunan nəticələr və bunların tətbiqi insanları, elm adamlarını qeyri-ixtiyari də olsa, İslamın əsaslarına yaxınlaşdırır. Namazın nizamlı və müntəzəm hərəkətləri kapillyar damarların sağlamlığı baxımından olduqca faydalıdır.Bu fəzilətlər elmi araşdırmalarla da təsdiq olunur.Namaz bu xüsusiyyətləri ilə bütün idman növlərinə örnəkdir. Kapillyar damarların sağlamlığını qorumaq orqanizmin mühafizəsi deməkdir. Çünki namaz kapillyarların, onların qidalandırdığı bədən hüceyrələrinin və toxumaların yenilənməsini təmin edir. Tibbin son nailiyyətlərindən çıxış edən həkimlərin fikrinə görə, sağlamlıq üçün ən effektiv və uzunmüddətli üsul hüceyrələrin müalicəsidir. Hüceyrələrin müalicəsi isə bədənin bütün orqanlarının sağlamlığı deməkdir. Bu nəticələrə aparan ən fəzilətli yol namazdır desək yanılmarıq.

Namaz və varikoz xəstəliyi: Ayaqlarda qan damarlarının həddən artıq genəlməsi, qatı qanla dolub şişməsi ilə müşahidə olunan varikoz xəstəliyi dünyada çox geniş yayılmışdır. Statistikaya görə, dünya əhalisinin 10-20%-də bu xəstəliklə üzləşir.

Araşdırmalar zamanı namazın insanı varikoz xəstəliyinə tutulmaqdan qoruduğu müəyyən edilmişdir. Bu mövzuda tədqiqat aparan İsgəndəriyyə Universitetinin (Misir) əməkdaşı professor Tövfiq Avlan namazın qiyam, rüku, səcdə və təşəhhüd kimi rüknləri arasındakı uyğunluq, yardımlaşma və həmahəngliyi heyrətlə izlədiyini qeyd etmişdir. Prof. Avlan elmi hesablamalara əsaslanaraq, rüku zamanı topuq nahiyəsində qanın damarın daxili divara göstərdiyi təzyiqin yarıya qədər azaldığını müəyyən edib. Onun səcdə zamanı qan təzyiqinin maksimum səviyyədə azaldığını bildirmişdir. Bu isə uzun müddət şaquli vəziyyətdə duran qan damarları üçün istirahət deməkdir. Səcdə zamanı qan dövranının istiqaməti ilə Yer kürəsinin fırlanma istiqaməti eyni olur.

Bu vəziyyətdə qanın ayaqdan ürəyə, aşağıdan yuxarıya doğru hərəkəti daha asan və normal hal alır. Nəticədə, ayaqüstə dayanmış vəziyyətlə müqayisədə qanın damarlara təzyiqi 65% aşağı düşür. Bu da insanı varikoz xəstəliyinə tutulmaqdan qoruyur.

Namazda səcdənin tibbi faydaları: “Atom Texnologiya Mərkəzi”nin direktoru misirli bioloq prof. Məhəmməd Ziyaüddin Hamidin apardığı tədqiqatlara görə, elektromaqnit sahəsinin şüa və radiasiyası insanların hüceyrələrinə təsir göstərir və onların enerjisini artırır. Bu elektromaqnit sahəsinin təsirinin güclənməsi, hüceyrələrin həddən artıq yüklənməsidir. Bu şüa və radiasiyanın bədəndə normadan artıq yığılması hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərir.Bunun nəticəsində insanda əsrin xəstəliyi sayılan baş ağrısı, boyun iltihabı, əzələ zəifliyi, yorğunluq və halsızlıqla yanaşı, unutqanlıq kimi xəstəliklər əmələ gəlir. Əgər bu elektromaqnit dalğalar bədəndən xaric edilməsə, vücudda xərçəng xəstəliyinə yol açan bəd xassəli şişlər yaranacağı bildirilir. Vücudun sağlamlığı üçün həmin elektromaqnit dalğalarını bədəndən boşaltmaq lazımdır ki,insan bu zərərli amilin fəsadlarına məruz qalmasın. Bunun üçün ən münasib olan yerin səthidir, torpaqdır. Allaha səcdə etməkdir.Çünki səcdə zamanı alının yer səthinə toxunuşu ilə bədəndə yığılmış elektromaqnit dalğalar torpağa ötürülür. Vücud boşalır.
Xüsusilə, səcdənin (əmr edildiyi kimi) yeddi bədən üzvümüz: alın, burun, iki əl, iki diz və iki ayaq barmaqları üzərində edilməsi bu boşalma hadisəsini asanlaşdırır. Beləcə insan da rahatlaşır.

Araşdırmada qeyd edilir ki, Məkkə coğrafi mərkəzdir. Buna görə də oranın (maqniti çəkən Şimal Qütbü kimi) xüsusi bir cazibəsi var. İnsan üzünü Qibləyə (Məkkəyə) tutub namaza duranda elektromaqnit dalğalar digər yönlərə nisbətən daha asan boşalır. Bu da Məkkənin özünəxas sirridir.

Prof. Ziyaüddin araşdırmanın sonunda deyir: “Bəd xassəli şiş, əsəbilik, gərginlik, miqren, stress və halsızlıqdan uzaq olmaq istəyirsənsə, səcdə et”.


Mənbə: Şahrza Ağayevin
NAMAZ və FƏZİLƏTLƏRİ kitabı



Xəbər 6093 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +