Hökümə Əliyevanın pulunu oğurlayanın FOTOları
Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR


11.12.2023  11:40 

Azərbaycan dəhliz məsələsini güc yolu ilə həll etməyə çalışacaq - Erməni deputat





A+  A-

Əlverişli şərait yaradılarsa, Azərbaycan dəhliz məsələsini güc yolu ilə həll etməyə çalışacaq.

Xəzərnews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Süniklə Naxçıvanı birləşdirən marşrutlar məsələsini yenidən gündəmə gətirib. Son zamanlar bu mövzuda əsas xəbər ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bir çox hallarda “dəhliz” ifadəsini deyil, onun təsvirini işlətməyə başlayıblar. Sadə dillə desək, “Zəngəzur dəhlizi” mövzusu əsas gündəmdən çıxarılsa da, əslində türklər bunu daim diqqət mərkəzində saxlayırlar. Güclü dil əvəzinə, təsviri olaraq dəhlizin formalaşdırılması olan bu marşrut haqqında öz fikirlərini danışırlar. Heç kim istisna edə bilməz ki, bu, Ermənistan hakimiyyəti ilə razılaşdırılaraq, ölkə daxilində ehtirasları alovlandırmaq üçün deyil, yumşaq şəkildə dəhliz əldə etmək üçün edilir”, - deyə deputat qeyd edib.

Xəbər 1955 dəfə oxunub.




18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +