“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


17.07.2022  22:52 

Əli (ə) yəni...? - Və ya bir assosiasiya haqqında





A+  A-



Tanıdığım bəzi bığıburma, enli kürək, bəbir bilək bəylər vardı ki, qadın ram etməkləriylə öyünürdülər, mən onlara daha çətin, daha vacib və daha qürurlanası bir iş təklif etdim:

HƏYATI ram etmək!

Müəllimim danışardı, deyərdi bir cümlə var, imam Əli onu iki yerdə işlədib; xilafətdən əvvəlki dövründə, (əkinçiliklə məğul olduğu, quyu qazdığı dövlər), bir də xilafət dövründə, Bəsrəni Cəməlçilərdən azad edib şəhərin xəzinəsinə əl tapanda. Dəhşətdir, 180 dərəcə fərqli olan hər iki situasiyada eyni sözü deyibmiş həzrət:

ey dünya, get məndən başqasını aldat, (yəni mənə bata bilməyəcəksən!).

Amma görün dünya bizə necə batıb!

Mən "Yaşamaq sənəti" konsepsiyasını, yəni "həyatı ram etmək sənəti"ni imam Əlidən əxz etmişəm, əzizim, heç kim inciməsin, görün hələ bu düha yazıq həyatın başına nə oyunlar açırmış. Sitat: "Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb; çünki o, daxmada sarayda olduğu kimi, sarayda da daxmada olduğu kimi yaşayırdı". Mürtəza Mütəhhərinin imam Əli barədə dediyi bu fikri isə, mənə görə, o həzrət haqda deyilən, bütün zamanların ən üstün fikridir:

Əli (ə) fəhləykən də xəlifə kimi düşünürdü.

Bizim düşüncələrimizi isə, bir tədqiq edin, adicə geyimimiz belə dəyişə bilir, acınacaqlıdır. "Yaşamaq sənəti" məhz bundan danışır, qoymayacaqsan, deyir, - həyatın səni (öz cilvələri, olmayanda öz sıxıntıları, olmayanda öz xüsusi badalaqlarıyla) ram etməsinə imkan verməyəcəksən, əksinə, dağ kimi duruşunla və xüsusi fəndlərlə sən keçirəcəksən yüyənini əlinə dünyanın, bəs necə!

"Əli" adını eşidəndə sizin ağlınıza nə gəlir? İman? Ədalət? Səxavət? Şücaət. ..?

Mənim: qüdrət!!!

Mənə görə, Əli (ə) yəni qüdrət!

Möhtəşəmdir, deyilmi, Əli (ə) fəhləykən də xəlifə kimi düşünürmüş... Ehh, əzizim, dedim axı, tanıdığım bəzi bığıburma, enli kürək, bəbir bilək bəylər vardı ki, qadın ram etməkləriylə öyünürdülər, mən onlara daha zülüm, və daha qürurduyulası bir iş təklif etdim:

HƏYATI ram etmək!

İlqar Kamil

Xəbər 3267 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +