“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


28.01.2022  10:55 

Nəzir qutularına nəzarət QMİ-dən alınır





A+  A-

“Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək”.

XəzərNews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirib.

O qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanacaq: “Həmin qaydalar vasitəsilə də ianələrin forması müəyyənləşdiriləcək”.

Deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək: “Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək.

Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək.

Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək.

Onu da qeyd edək ki, indiyədək Dini qurumlara ianə edilmiş pul vəsaitləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bölüşdürülürdü. Qurumun rəhbəri Allahşükür Paşazadə bu pulları hara xərclədiyi məlum olmasa da, özünə mənbəyi açıqlanmayan pullar hesabına ölkədə və xaricidə bahalı əmlallar aldığı məlumdur.

Xəbər 1879 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +