“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


24.11.2021  12:37 

Kitab əhli deyərkən kimlər nəzərdə tutulur?





A+  A-

Dini mənbələrdə “kitab” deyərkən, Allah-Taalanın öz peyğəmbərləri vasitəsilə insanlara göndərdiyi səmavi kitablar nəzərdə tutulur.

Qurandan başqa özündə əqidə əsasları və şəriət hökmləri daşıyan daha iki səmavi kitab vardır: yəhudilərin müqəddəs kitabı olan Tövrat və xristianların müqəddəs kitabı olan İncil. Yəhudi və xristian dinlərinin ardıcılları bu kitablara inandıqları üçün onlara “əhli-kitab” yaxud “kitab əhli” deyirlər. Əhli-kitaba mənsub olanlar müsəlmanlar tərəfindən hörmətə layiq görülür.

Orta əsrlərdə müsəlman ölkələrində yaşayan əhli-kitab mənsubları az miqdarda cizyə adlanan vergi müqabilində müsəlmanların tam himayəsini qazanır, təhlükəsiz və azad halda öz dinlərinə etiqad edir, dini adət-ənənələrinə riayət edirdilər.

Əhli-kitaba “əhli-zimmə”, yəni “himayə altında olanlar” da deyilir.

Mənbə: islam.az

Xəbər 2000 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +