“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.02.2018  12:04 

Fərhad Əhmədovun mübhəm cəsarətinin sirri





A+  A-

Yaxud Azərbaycan əsilli milyarderin antiQərb ritorikasının arxasında gizlənən əsas səbəb. I YAZI
Son bir neçə ildə soydaşımız olan bu oliqarxın adı müxtəlif qarmaqarışıq proseslərin mərkəzində hallanır və buna həmin şəxsin özünün də birbaşa təsiri istisna olunmur. Türkiyə və Rusiyan arasında Azərbaycanın, Türkiyənin və Rusiyanın çox nüfuzlu dövlət adamlarının, o cümlədən bu olqarxın da vasitəçiliyi ilə barış olur, lakin sözügedən vasitəçiliyin əsas fiqurantı kimi həmin soydaşımızın adı hallandırılır. Məlum olur ki, onun mediada beynəlxalq diplomatik proseslərin mərkəzi fiquru, açar şəxsi elan edilməsi elə öz sifarişi imiş. Onun mediaya sifarişi bununla da bitmir. Doğulduğu, sonra qardaşı ilə birgə küsüb getdiyi Göyçay rayonunda gördüyü kiçik işləri belə ballandıra-ballandıra Azərbaycan mediasında yaydırır. Bəhs etiyimiz şəxs azərbaycanlı milyarder, keçmiş Rusiya siyasi qubernatoru Fərhad Əhmədovdur. Bir ara onun adı Azərbaycan siyasi olimpinin zirvəsinə iddialı olmasına dair məlumatlar da işıq üzü görmüşdü. Bundan əlavə. Onun rəhmətlik atasını həbs etdirmiş keçmiş respublika rəhbərliyinin varislərindən qisas alacağına and içdiyi də KİV-də yer almışdı. Lakin sonradan bu iddialar cənab Əhmədovun özü tərəfindən təkzib edilmişdi.

Azərbaycanlı milyarderin adı təksə siyasi məzmunlu qalmaqllarda hallanmadı. Ona xəyanət etmiş həyat yoldaşı ilə məhkəmə çəkişmələri də həm xarici, həm də yerli medianın gündəmi olmuşdu. İndi də Fərhad Əhmədovun adı ölkə gündəminin aparıcı mövzusuna çevrilməkdədir. Əvvəlcə adının ABŞ qanunverici orqanı tərəfindən tərtib edilmiş “qara siyahı”ya salınması, sonra isə uzunmüddətli çəkişmədən sonra London məhkəməsinin Tatyana Əhmədovanın xeyrinə $645,5 milyonluq qərar çıxarması yerli xəbər saytlarının əsas xəbəri kimi təqdim edildi. ABŞ-ın “qara siyahı”sı demişkən, həmin sanksiyanın təsiri altına düşmüş rusiyalı milarderlərdən mediaya çıxan, Vaşinqtonun bu siyasətini tənqid edən yeganə oliqarx Fərhad Əhmədov oldu.

Əcəba, cənab Əhmədovu buna sövq edən nə idi? ABŞ-ın sanksiyasının ardınca London məhkəməsinin də onun əleyhinə qəraar çıxarması təsadüfdürmü?

Bir vaxtlar Fərhad Əhmədovun hüquqi işlərini yürütmüş, Moskvada yaşayan, adının çəkilməsini istəməyən hüquqşünas həmyerlimizin iddiasına görə, milyader həmyerlimiz ABŞ-da və Böyük Britaniyada ona məxsus olan və dəyəri yüz milyonlarla hesablanan kapitalının əlindən çıxma qorxusundan çox, qələminin Qərb dairələri tərəfindən qırılması və “Berezovski işi”nin təzələnə biləcəyi təhlükəsidir. Çünki Boris Berezovskinin öldürülməsi ilə bağlı cinayət işi bağlanmış kimi görünsə də, Britaniya kəşfiyyatı bu istiqamətdə araşdırmalarını davam etdirir.

Bu xəbər əslində Azərbaycan əsilli milyarder üçün daha təhlükəli qərar və sanksiyaların anonsudur. F. Əhmədovun antiQərb ritorikasına kökləyən də gələcək təhlükələrdən qorunma instinktidir.

Xəbər 1617 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +