Saqqalı kişilərlə niyə öpüşmək olmaz?
Şahin Bağırovun 55 min manatdan çox vergi borcu VAR?
Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına SALINDI
“Paşa“ ləqəbli keçmiş döyüşçünü ALDADIBLAR?
İranda səfirliyimizə hücum edən şəxs edam ediləcək
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub
Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi: 142 min...
Bakıda alıcı “Karaca Azərbaycan“da girov saxlanılıb?
Parisdə qazandığımız bu medallar geri qaytarılır?
92,4 milyon manat ölkəyə necə qaytarıldı?


13.02.2024  12:26 

Yanvar ayında qaz hasilatı artıb





A+  A-

2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublikada 4,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 2,4 milyard kubmetri “Şahdəniz”, 0,13 milyard kubmetri “Abşeron”, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, hesabat dövründə xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb.

Türkiyəyə TANAP-la bu müddətdə 0,4 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-
cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə
211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən
qazın 150 milyard kubmetri ixraca nəql edilib.

2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun
1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-
cü il tarixinədək 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-
Günəşli”dən 586 milyon ton neft, “Şahdəniz”dən isə 45 milyon tona yaxın kondensat
çıxarılıb. Bundan 01 fevral 2024-cü il tarixinədək 629 milyon tonu ixraca nəql edilib.

Neftin emalı 2024-cü ilin yanvar ayında 481 min tona yaxın təşkil edib.

Xəbər 4425 dəfə oxunub.




22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu


BÜTÜN XƏBƏRLƏR +