Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


15.12.2023  11:25 

Ankara kimi birbaşa danışıqları dəstəkləyirik - Miller





A+  A-

ABŞ Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində səmərəli rolunu alqışlayır.

Xəzərnews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarını şərh edərkən deyib.

Millerin sözlərinə görə, Vaşinqton da Ankara kimi İrəvanla Bakı arasında sülhün bərqərar olması üçün birbaşa danışıqları dəstəkləyir.

ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan son danışıqlara gəlincə, amerikalı diplomatın sözlərinə görə, bu mövzu müzakirə olunub.

Millerin sözlərinə görə, bu məsələyə mütəmadi olaraq xarici işlər orqanlarının rəhbərləri tərəfindən baxılır.

Lakin o, müzakirənin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, dekabrın 14-də Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Onun sözlərinə görə, İrəvanla Bakı arasında münasibətlər normallaşarsa, o zaman Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq.

Xəbər 3616 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +