Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı


07.12.2023  23:53 

Ümidin bitdiyi yerdə o...





A+  A-

Bu gün iki güclü zəlzələ effekti yaşadıq. Biri yeraltı təkan idi, bunu səhər saatlarında hiss etdik. Sadəcə, Bakı və Xəzəryanı bir neçə rayon silkələndi.

Axşam baş verən isə yerüstüdür. Episentri rəsmi Bakı olsa da, miqyası bütün dünyanı silkələdi desək, yanılmarıq.

Uzun illərdən sonra, bəlkə də tarixdə ilk dəfə olaraq, Azərbaycanla Ermənistan birgə məlumat yaydı.

Sülh qoxan birgə məlumatda təbii ki, ən əsas məqam Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsiylə bağlıdır. Biz 32 erməni hərbçini təhvil verəcəyik, əvəzində isə Aqşinlə Hüseyni geri alacağıq.

İlk baxışdan 2 nəfərə qarşı 32 nəfərin təhvil verilməsi ədalət tərəzisinin gözündə taraz görünməyə bilər. Amma bunun mənəvi tərəflərini düşünəndə görürsən ki, yox, heç də elə deyil.

Xüsusi ilə Hüseyn Axundovla bağlı ümid bitmişdi. Ona dünən Ermənistanda haqsız yerə ömürlük həbs cəzası verilmişdi. Amma ümidin bitdiyi yerdə məsələyə Prezident, Ali Baş Komandan İlham Əliyev müdaxilə etdi. İllər öncə Ramil Səfərovun məsələsinə müdaxilə etdiyi kimi...

Hər bir azərbaycanlının Prezidenti dünənki xəbərdən huşunu itirən Hüseynin anası Şəlalə Axundovaya qol-qanad gəldi. Bizim belə, xəbərdar olmadığımız danışıqların nəticəsində təkcə Hüseynin yox, həm də Aşin Bəbirovun azad edilməsinə dair razılıq əldə olunur./Qafqazinfo

Xəbər 3182 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +