Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?


30.10.2023  23:35 

“Ali və orta təhsil sistemi tənəzzül içindədir” - Millət vəkili





A+  A-

“Elm və təhsil nazirliyi “Təhsilin İnkişafı Forumu 2023: Təhsildən tərəqqiyə” adlı Forum keçirir. Maraqlı ad düşünüblər. Teatr afişasına oxşayır... Məktəbəqədər və orta təhsil sistemi tənəzzül içindədir. Yuxarı sinif şagirdləri demək olar ki, dərsə getmirlər. Abituriyentlərin yarısına qədəri müxtəlif ixtisas qrupları üzrə 0-150 bal toplayır. Bunun adı funksional savadsızlıqdır”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili, təhsil eksperti Etibar Əliyev çıxış edib.

E.Əliyev qeyd edib ki, ali təhsil sistemi tənəzzül içindədir:

"Misal: Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Türk Dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər: 7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada...

Məmləkətimizin 1 universiteti belə TOP-1000 siyahısına düşməyib. Geriləmələr isə davam etməkdədir. Universitetlərin hər birində 1 kafedralıq yaxşı müəllim yoxdur. Proqramlar çağımızın tələblərinə cavab vermir. Dərsliklər yox səviyyəsindədir. Məncə Elm və Təhsil Nazirliyi Forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı daha yaxşı olardı. Tərəqqini izah etmək çox çətindir. Tənəzzülə dair isə saatlarla söhbətlər aparmaq olar”.



Xəbər 3113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +