Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


11.08.2023  18:30 

Ermənilərlə Yevlaxda baş tutmayan görüşlə bağlı XİN-dən açıqlama...





A+  A-

"Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub".

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi: "Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub".

"Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - deyə A.Hacızadə vurğulayıb.



Xəbər 3033 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +