Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


24.01.2022  16:19 

Qarabağın bərpası ilə məşğul olan qərargahın nə üçün rəsmi saytı yoxdur?





A+  A-

Bu yaxınlarda Prezident İlham Əliyev bir qrup jurnalistlərə müsahibə verərkən ictimai nəzarət məsələlərinə xüsusi yer vermişdir.

Həmçinin də Qarabağın bərpa işlərinin tam şəffaf mexanizmlər, tenderlər əsasında aparılacağını bildirib.

İctimai nəzarət üçün ən gərəkli vasitə ictmai informasiyadır. Ən faydalı ictimai informasiyalar da hökumətin əlindədir. Buradan belə qənaətə gəlmək olar ki, ictimai nəzarəti gerçəkləşdirmək üçün hökumət vətəndaş cəmiyyəti və media üçün, biznes üçün, bütün maraqlı tərəflər üçün imkanlar yaratmalıdır.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Prezidentin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb.

Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. Qərargah işlərin aparılması üçün İdarələrarası Mərkəz də formalaşdırıb.

Qərargah vaxtaşırı müxtəlif istiqamətlər üzrə quruculuq işlərinin aparılması, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı, “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı, “Ağıllı kənd” konsepsiyasının tətbiqi və s. üzrə toplantılar, faydalı müzakirələr təşkil edir.

Amma nədənsə bu sahədə informasiya təminatı yetərli deyil. Maraqlı tərəflər zəruri informasiyaları əldə etməkdə çətinlik çəkirlər.

Quruculuq prosesində, tenderlərdə iştirak etmək istəyənlər üçün daha əhatəli informasiyalara, görülən və görüləcək işlərlə bağlı daha geniş məlumatlara ehtiyac var.
Bu cür strateji əhəmiyyət kəsb edən qurumun- Əlaqələndirmə Qərargahının isə informasiya resursu yaradılmayıb.

Düşünürəm ki, Qarabağın bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsi üçün, maraqlı tərəflərin hər birinin bu proseslərdə iştirakı üçün , görüləcək işlər və sifarişlərlə bağlı məlumatlandırmanın öncədən təşkili üçün Əlaqələndirmə Qərargahının Katibliyi ilk növbədə qurumun internet resursunun hazırlamasına diqqət yetirməlidir.

Ümid edirəm Prezidentin ictimai nəzarət və şəffaflıqla bağlı işlərin gücləndirilməsi haqqında son çağırışlarından sonra Əlaqələndirmə Qərargahı da qeyd olunanları nəzərə alacaq.

Osman Gündüz

Xəbər 2827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +