Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


30.04.2021  14:22 

Sürücünü vuran yeniyetmə danışdı





A+  A-

Xırdalan şəhərində avtobus sürücüsünü döyən şəxsə xəbərdarlıq edilərək sərbəst buraxılıb.
XəzərNews.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusunda sərnişinlə sürücü arasında baş vermiş insidentlə bağlı videogörüntü yayılıb: “Görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilib, O, polis idarəsinə dəvət olunub.Orxan Abbasov törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb".

O.Abbasov ilkin ifadəsində bildirib ki, avtobusa arxa qapıdan minərkən sürücü qapını bağlayıb: "Həmin vaxt xərçəng xəstəliyindən əziyyət çəkən anamın əli qapının arasında qaldı. Buna görə əsəblərimi cilovlaya bilməyərək sürücünü yumruqla vurdum, səhvimi etiraf edirəm".

Xəbər 3440 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +