Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


02.04.2021  21:19 

Süveyş kanalı genişləndiriləcək





A+  A-

Misir Süveyş kanalını genişləndirəcək.
XəzərNews.az xəbər verir ki, bunu CNN-ə açıqlamasında Süveyş Kanal İdarəsinin rəhbəri Üsame Rabi deyib.

O bildirib ki, bənzər qəzaların baş verməməsi üçün bu qərarı alıblar.

“Kanalın dərinliyi 24 metrdir və daha çox dərinləşdirilməsinə ehtiyac yoxdur. Genişləndirmə işləri kanaldakı hərəkətə mane olmayacaq”.

Qeyd edək ki, bundan əvvəl martın 30-da Misir Prezidenti Əbdülfəttah əs-Sisi kanalın genişləndirilməsinin mümkünlüyünü demiş, bu işi mütəxəssislərin ixtiyarına buraxdığını əlavə etmişdi.

Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “The Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.

Altı günlük çalışmalardan sonra gəmi üzdürülüb, kanalda hərəkət bərpa edilib. Ancaq Misir bu müddətdə ciddi maliyyə itkisi ilə üzləşib. Belə ki, kanalın bağlı qaldığı hər gün bu dövlətə 10-15 milyon dollar başa gəlib.

“The Ever Given” adlı gəminin sahibi olan yapon şirkəti səfərlərin ləngiməsinə görə ticarət gəmilərinin operatorlarından üzr istəyib.



Xəbər 3482 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +