Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


24.05.2020  16:48 

Kürdəmirin Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxdu





A+  A-

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı uşaq da var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.

Xəbər 4517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +