Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


28.01.2020  11:54 

Trampın qərarı təsdiqləndi - “Qrin kart” almaq çətinləşəcək





A+  A-

ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyası tərəfindən "ABŞ-ın köməyindən asılı sayılanlar üçün qrin kart tətbiqetməsinin rədd edilməsi" qərarını qəbul edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qrin kart” almaq prosesi əvvəlkli illərə nisbətdə daha çətin olacaq. Belə ki, ABŞ-da yaşamaq üçün “Qrin kart” almağa müraciət edənlər ABŞ dövlətinə yük olub-olmamalarının öyrənilməsi üçün maliyyə qiymətləndirməsindən keçəcəklər. Qərar ABŞ prezidenti Donald Trampın da təklifi ilə ABŞ Ali Məhkəməsi üzvlərinin səs verməsi nəticəsində qəbul edilib.

Digər tərəfdən, “Qrin kart” əvvəllər ABŞ-dan sağlamlıq, kirayə və qida yardımı alan və ya gələcəkdə almaları gözlənilən insanlara verilməyəcək “Qrin kart”la bağlı edilən müraciətlərin immiqrasiya xidməti rəsmiləri tərəfindən araşdırılacağı bildirilsə də, müraciət edənlərin maliyyə qiymətləndirməsinin necə aparılacağı barədə heç bir məlumat verilmir.

Trump, ölkəyə gələn immiqrantların 66 faizinin qohumları vasitəsi ilə, 22 faizinin isə “Qrin kart” alaraq gəlməyinin Amerika dəyərlərinə uyğun olmadığını deyib. ABŞ prezidenti eyni zamanda “Qrin kart”la ABŞ-a gələn immiqrantların əksəriyyətinin az maaşlı və aşağı ixtisaslı işçilər olduğunu söyləyib. Onların arasında qanunsuz işlərlə məşğul olanların çoxluğunu vurğulayaraq bu üsulla ölkəyə gələnlər arasında cinayətkarların da artdığını qeyd edib.

Xəbər 3530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +