Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


12.03.2019  17:35 

Simsiz qulaqlıqlar xərçəng riskini artırır?





A+  A-

ABŞ-ın “Apple” korporasiyası 2018-ci ildə 29 milyon simsiz “AirPods” qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən “Bluetooth”, “Wi-Fi”, müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.

Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - “Bluetooth” sistemi vasitəsilə qoşulur. “Bluetooth” zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alimlər zəif radiodalğaların insan orqanizminə uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.

Xəbər 3065 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +