Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


15.10.2018  12:09 

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
XəzərNews.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, dövlət başçıları Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbulda itkin düşməsi məsələsini müzakirə ediblər.

Tərəflər hadisə ilə bağlı birgə tədqiqat qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, ournalist Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Səudiyyə Ərəbistanı isə ittihamı rədd edir.

Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, "Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Trump isə deyib ki, əgər jurnalistin yoxa çıxmasında Səudiyyənin əli olduğu təsdiqlənərsə, o, Səudiyyə Ərəbistanını cəzalandıracaq. Yeri gəlmişkən, ABŞ prezidenti yoxa çıxmış səudiyyəli jurnalist Camal Kaşıkçının nişanlısı Xadija Cengizi Ağ evə dəvət edib.

Xəbər 3200 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +