Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


04.10.2018  15:54 

Babək prospektinin açılışı ayın sonuna qaldı





A+  A-

"Babək prospektinin açılması oktyabrın sonuna planlaşdırılır".
Bu barədə XəzərNews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, prospektdə kommunikasiya xətləri ilə bağlı işlər tam bitməyənə kimi təmsi etdiyi qurum tərəfindən işlər tam gücü ilə yerinə yetirilə bilməz: “İki həftə bundan əvvəl prospekt boyu kommunikasiya işləri demək olar ki bitib, bəzi hissələrdə isə hələ də qalıb. Bundan sonra biz tam güclə işə başlamışıq. Hazırda prospekt boyunca asfalt örtüyünün sonuncu 3-cü qatı döşənir. Bu proses 15-20 gün davam edəcək.Asfaltlanma işləri ərazilər boyu yekunlaşdıqca xətlənmə və yol nişanlarının quraşdırılması işləri aparılır. Tam olaraq da bu iş ayın sonuna kimi bitəcək”.

Qeyd edək ki, A. Nəcəfli bir müddət əvvəl verdiyi açıqlamada sözügedən prospektdə sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa çatdırılacağını qeyd etmişdi.

Xatırladaq ki, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevral ayından bağlıdır. Bu prospektin bağlı olmasına görə əsas yük Nobel prospektinin üzərinə düşür və pik saatlarda orada sıxlıq müşahidə olunur.

Xəbər 3137 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +