Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var


19.06.2018  12:56 

Azərbaycanlı ailə 4 yaşlı qızlarının porno görüntülərini çəkib yaydı - VİDEO





A+  A-

Dörd yaşlı qızlarını porno videoya çəkərək pul qazanan Ukrayna vətəndaşları olan azərbaycanlı ailə Avstraliya polisi tərəfindən ifşa olunub.
XəzərNews.az Azadinform-a istinadən xəbər verir ki, hadisə Ukraynanın Poltova və Kirvoy-Roq şəhərlərində baş verib. Əslən azərbaycanlı olan 30 yaşlı Həşimov Qədir Məmməd oğlu 29 yaşlı öz həyat yoldaşı ilə birgə (ər və arvad həm də qohumdurlar) 4 yaşlı qızlarını öz evlərində porno videoya çəkərək Orta Asiya və Avstraliyadan olan pedofillərə hesablarına pul ödəmək qarşılığında satırmışlar. Videoların izinə düşən Avstraliya polisi izi Ukraynaya qədər sürdürüb və bu ölkənin polisinə müraciət edib.

Ukrayna polisi isə öz növbəsində bu videoları yayan şəxslərin axtarışına başlayıb və proses iki həftə davam edib. Axtarıldıqlarını hiss edən azərbaycanlı ailə Poltova şəhərindən Ukraynanın Kirvoy-Roq şəhərinə köçüb və iyrənc əməllərini burada da davam etdiriblər. Onlar yenə də azyaşlı qızlarını porno videoya çəkməkdə davam ediblər.

Nəhayət iki həftədən sonra Ukrayna polis tərəfindən həbs olunan ata və ana ilə bağlı Poltova şəhər məhkəməsi həbs-qəti imkan tədbiri seçib. Onlar məhkəməyə qədər heç bir pul müqabilində azadlığa buraxıla, zaminə götürülə bilməzlər.

Ukrayna polisi uşaqları təhvil vermək üçün azərbaycanlı ər və arvadın Azərbaycandan olan qohumlarını axtarır. Hazırda uşaqlar Poltovadakı Reabiltasiya Mərkəzinə yerləşdirilib.

Hadisəyə münasibət bildirən Ukrayna Kibercinayətlərə Qarşı Mübarizə İdarəsinin rəis müavini Aleksandr Palamarçuk bildirib ki, belə videoların qiyməti adətən 50-100 dollardır.

Qeyd edək ki, Azərbaycanlı ailənin Kirvoy-Roqda yaşadığı binanın sakinləri hadisənin şokunu yaşayırlar. Bu hadisə Ukraynada və dünyada böyük rezonans doğurub.


Xəbər 8080 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +