Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


12.06.2018  12:15 

Narkoloji Mərkəzdəki yanğında dövlətə 37 min ziyan dəyib





A+  A-

Martın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən yanğının dövlətə nə qədər ziyan verdiyi məlum olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə nəticəsində orada müalicə olunan 25 nəfər pasiyent yanaraq ölüb. Eyni zamanda, yanğın nəticəsində dövlətə məxsus olan mərkəzə maddi ziyan da dəyib. İstintaqın ilkin mərhələsində aparılan araşdırma nəticəsində məlum olub ki, yanğından sonra xəstəxanaya dəyən ziyanın məbləği 37 min manatdan çoxdur.

Qeyd edək ki, hadisə nəticəsində Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.

Xəbər 2940 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +