Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


09.06.2018  17:32 

Bakıda dünya olimpiadası keçiriləcək





A+  A-

Gələn il şagirdlər arasında informatika üzrə dünya olimpiadası Bakıda keçiriləcək.
XəzərNews.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Təhsil transformasiyası" mövzusunda paneldə təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini bildirib ki, bu olimpiadanın keçirilməsi üçün artıq Bakıda hazırlıqlara başlanıb.

F.Qurbanov qeyd edib ki, Azərbaycanda ali təhsilə qəbul olanların sayı artaraq 2013-cü ildəki 145 mindən 162 minə, ali təhsilin bakalavr pilləsindən magistr pilləsinə qəbul olanların sayı isə 2013-cü ildəki 35 mindən 44 minə çatıb: "Hazırda təhsil alan qızların da sayı artıb. Belə ki, müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır".

O, ölkədə modul tipli məktəblərin inşasına da toxunub: "Cari ilin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq".

Xəbər 3064 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +