Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


19.02.2018  16:12 

Aygün Bəylər məhkəmədə iştirak etmədi





A+  A-

Əməkdar artist Röya Ayxanın həmkarı əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesə Aygün Bəylərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, Aygün Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır.
Hakimin sözlərinə görə, məhkəmə onun ünvanına bildiriş göndərib: “Amma Aygün xanım deyəsən həmin ünvanda yaşamır. Məhkəmə onun ünvanına yenidən bildiriş göndərəcək”.
Növbəti proses fevralın 26-da davam edəcək.
Qeyd edək ki, Aygün Bəylər ARB televiziyasında Röya Ayxanın şərəf və ləyaqətini təhqir edib. Röya Ayxan iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib.
O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməyi tələb edib.
Aygün Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Xəbər 3115 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +