Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


11.04.2017  12:16 

Qaydalar hazırlanır - Etikanı pozanlar Milli Məclisdən xaric olunacaqlar





A+  A-

“Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun olaraq da qanun hazırlanmalıdır. “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin hazırlanması müsbət bir haldır”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən deputat etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric oluna bilər.

“Amma deputatların etik davranış qaydasını pozmasına görə, parlamentdən uzaqlaşması dünyanın heç bir yerində yoxdur. Hətta biz görürük ki, dünyanın bir çox ölkələrində deputatlar arasında dava-dalaşlar da olur. Buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar. Hətta normada belə bir şey var ki, deputat Milli Məclisdə etdiyi çıxışlara görə məsuliyyət daşımır. İndi isə yeni hazırlanan qanun layihəsində deputatın etik davranış qaydasını pozduğuna görə parlamentdən xaric olunması var. Burada da deputatın özü istefa vermədiyindən və ya hər hansı bir hadisə nəticəsində deputatlıqdan kənarlaşmadığından onun pensiya hüququ da pozulur”.

Tahir Kərimli hesab edir ki, deputatların etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric olunması yolverilməz haldır.

“Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz yoxdur. Əgər etik davranış hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi izahı verilməlidir. Hesab edirəm ki, qanun layihəsi hazırlanarkən bir çox məsələlərə həssas yanaşılmalıdır”.

Xəbər 2646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +