Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


10.04.2017  18:37 

Nazirlik yaşlı pensiyaçının təhqir olunması ilə bağlı videogörüntüyə münasibət bildirdi





A+  A-

"Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir".
XəzərNews.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Məlumata görə, araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi (bunu E.Allahyarovun özü də təsdiq edib) və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub.
Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib.

Xəbər 3377 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +