Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


23.02.2017  19:01 

Beşik həyatını xilas etdi - Lerikdəki uçqundan sağ çıxan Elcan





A+  A-

Bu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb.

Baş həkim bildirib ki, uşaq bir neçə gün xəstəxanada qalmalıdır: "İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb".

Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".

Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

Qeyd edək ki, kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.

Xəbər 4587 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +