Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


23.02.2017  16:44 

Bakıda saxta viza qalmaqalı - 7000 dollar cərimələnə bilərsiz





A+  A-

Bakıda sizin üçün viza düzəldəcəyini deyən dələduzlar peyda olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, artıq bu problem kütləvi hal alıb: “Bakıda kimsə qısa müddətdə Kanadaya və digər ölkələrə təhsil, turizm vizası almağa söz verib, onlardan bir neçə min dollar pul alıb, qısa müddətdə vizalarını verib. Həmin vizalardan biri ilə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan bir ailəni hava limanında saxlayıblar, baxıblar ki, viza saxtadır, onları 7000 dollar cərimə edib, buraxıblar. Vizaların bəzilərində aşağıda Pakistan, Hindistana aid qeydlər olub. Nümunə vizalar internetdən götürülüb, fotoşopla düzəldilib, çap edilib pasporta yapışdırılırmış .

Cərimələnən saxta vizalı şəxslər Bakıya qayıdıb polisə şikayət etdikdə, yüzlərlə belə şikayətin daxil olduğunu, həmin şəxsin artıq Bakıda olmadığını, araşdırmanın getdiyini bildiriblər. Deyilənə görə, işlə 5-ci Polis Bölməsi məşğuldur”.

Sosial şəbəkələrdəki müzakirələr zamanı istifadəçilər saxta vizaların bir neçəsinin fotosunu yayımlayıblar. Qeyd olunub ki, vizanın ən aşağısında “İND” sözləri yazılıb və bununla da həmin vizanın internetdən götürüldüyü bəlli olur.

Bu vizaların 5 ay öncə fəaliyyətə başlayan “Eduvisa” şirkəti tərəfindən verildiyi yazılıb. Həmin şirkətin Feysbuk səhifəsi hazırda bağlıdır, saytlarında göstərilən telefon nömrəsinə etdiyimiz zənglərə isə cavab verən olmadı.

Xəbər 4551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +