Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


08.08.2025  13:48 

Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı





A+  A-

Son günlər banklardan birində 170 milyon manat əmanətinin olması xəbəri ilə gündəmə gələn “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyatda olan “Gazelli International Limited” şirkəti ləğv olunub.

XəzərNews.az Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, “Gazelli International Limited” şirkəti 16 yanvar 2019-cu ildə “Soroka Limited” adı ilə qeydiyyata alınıb. 2024-cü ilin avqust ayından etibarən şirkətin adı “Gazelli International Limited” adlanıb. Şirkətin sonuncu maliyyə hesabatında göstərilib ki, “Gazelli International Limited”in xalis zərəri son bir ildə 4 dəfəyə yaxın artaraq 25 min funt-sterlinqə (57 min manat) yüksəlib.



Qeyd edək ki, AZAL-ın sabiq prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşı italyan əsilli Britaniya vətəndaşı İqnazio Coraci hazırda Londonda qeydiyyatda olan “ASC Handling Limited” şirkətinə rəhbərlik edir. “ASC Handling Limited” şirkəti əsasən Londonun ən böyük hava limanı olan Hitrou Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.



Onu da bildirək ki, 2017-ci ildə ingilis əsilli Robert Norton ilə ailə həyatı quran Cahangir Əsgərovun kiçik qızı Məlahət (Mila) Əsgərova isə Londonda qeydiyyatda olan “Gazelli Art House Limited” şirkətinə rəhbərlik edir.

Xəbər 1579 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +