Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?


09.02.2025  17:28 

Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq





A+  A-

Soydaşımız Anar Əsədli ağır qəza nəticəsində dünyasını dəyişib. Bu ağır məqamda hamımızı həmrəylik nümayiş etdirməyə və mərhumun cənazəsinin vətənə göndərilməsi üçün dəstək olmağa çağırıram. Çünki biz birləşməsək, cənazə ortada qalacaq və vaxtımız çox azdır.

XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli çıxış edib.

F.Cəfərli mərhum Anar Əsədli ilə bağlı vacib məlumatları paylaşıb:

- O, 3 ay ərzində həmin şirkətdə çalışıb və dəfələrlə leqallaşdırılmasını xahiş edib. Lakin şirkət bu tələbi yerinə yetirmədiyi üçün Anar Əsədli 3 gün əvvəl həmin işdən ayrılmaq məcburiyyətində qalıb (bu fakt onun keçmiş iş yoldaşları tərəfindən təsdiqlənir). Lakin hadisədən sonra şirkət onun orada heç vaxt işləmədiyini iddia edir.

Biz, diaspor olaraq, bütün faktlarla birlikdə dövlət orqanlarına müraciət etmişik və artıq bu məsələ ilə bağlı prokurorluq da məlumatlandırılacaq. Hüquqi müstəvidə sonuna qədər bu mövzunun arxasınca gedəcəyik.

Mərhum Anar Əsədlinin sığortası olmadığı üçün cənazənin vətənə göndərilməsi üçün ümumilikdə 5.195 avro (21.860 PLN) məbləğ tələb olunur. Bu məbləğ cənazələrin göndərilməsi ilə məşğul olan şirkətə ödənilməlidir.

Azərbaycan Diasporuna Dəstək Fondu bu məbləğin 3.000 AZN (təxminən 7.000 PLN) hissəsini qarşılayır.

Qalan məbləğ: 14.860 PLN

Dəstək üçün hesab məlumatları:

BLIK: 732 858 585
Bank hesabı (Millennium Bank): 51 1160 2202 0000 0003 3212 5752
Edilən ianələr barədə hər zaman olduğu kimi şəffaflıq təmin ediləcək:

- Toplanan vəsait barədə bütün məlumatlar şərhlərdə paylaşılacaq.
- Cənazə şirkətinə ödəniş edildikdə rəsmi təsdiq paylaşılacaq.

Gəlin bir olaq, gücümüzü və birliyimizi göstərək, mərhumun ailəsinə dəstək olaq və cənazəni tezliklə vətənə yola salaq!

Xəbər 3665 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +