Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


12.12.2025  14:50 

Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı





A+  A-

“Rafaellə bizim uzun illərdir davam edən dostluğumuz var. Əslində partiyadaxili Nizamnaməni də pozmayıb, parlamentdə baş verən bir hadisədir”.

XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Milli Məclis sədrinin müavini, sözügedən partiyadan olan deputat Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.

“Bunu şişirtməyə heç bir ehtiyac yoxdur. İstefa verməsi ilə bağlı isə belə bir şey yoxdur. İstefa olacaq-olmayacaq, mən bilmirəm. Sadəcə bizdə belə bir məlumat yoxdur. Töhmət də partiyanın Nəzarət-təftiş komissiyasının üzvlərinin fikri olub. Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın”, - deyə S. Rüstəmxanlı əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün Rafael Hüseynovla əlaqə saxlamağa çalışsaq da, vitse-spiker zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib və buna görə də onun partiyadan istefa edəyəcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.

R. Hüseynov parlamentdə azlıq təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Buna görə də o, partiyadan istefa etdiyi təqdirdə, bunun deputatın vitse-spikerliyinə təsir göstərəcəyi ehtimal olunur.

Xəbər 1112 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +