Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı
Bağlanan “Nuxa“ restoranı “qumar kralı”nın imiş
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Tanınmışlar da orduya qoşuldu
Birinci xanım olmaq istəyirid, indi boşanır
Rusiya Ukraynanın qaz infrastrukturunu vurdu
Prezident Artur Rasi-zadəni qəbul etdi
“Azəriqaz”ın əməkdaşı sakini dəmirlə vurub?
Məşhur restoran təhlükəli elan olundu - Video


17.02.2025  15:38 

Azər Aydəmirdən Vəkillər Kollegiyasının iddialarına CAVAB





A+  A-

“Əqrəb mövsümü” serialının ssenaristi, aktyor Azər Aydəmir Vəkillər Kollegiyasının serial ilə bağlı açıqlamasına münasibət bildirib.

Aktyor fikirlərini sosial media hesabında bölüşüb:

“Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir.

Hörmətli vəkillərimizin “Əqrəb mövsümü 2 dünya 1 olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur.

Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq. Bu bir təkamül prosesidir.

Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən BİRmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa siz məndən çox bilirsiniz axı. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz.

Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir KİNO adında Ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, Bədii aynadır. Kinodur yəni... Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!

Xəbər 1430 dəfə oxunub.



20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu

20.02.2025  12:49 

Keçmiş deputat həbsdə qaldı

20.02.2025  12:48 

Axundov kitabxanasında xaos?

20.02.2025  12:46 

Təyyarə qəzası: Ölənər VAR

20.02.2025  12:29 

Prezident Qalibafı qəbul etdi

20.02.2025  12:21 

“Report”a haker hücumu oldu

20.02.2025  12:16 

Babək Rzayevə hökm OXUNDU


BÜTÜN XƏBƏRLƏR +