Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


03.01.2023  10:57 

“Sən mənim evimi tanıyırsan?” - Qazidən icraya CAVAB





A+  A-

Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə icra başçısının qazi və şəhid ailələrinə biganə münasibətindən gileylənib.

İki ildir əlil arabasına məhkum qalan qazi sağlamlığına qovuşmaq istədiyini, lakin ötən dövr ərzində müalicəsinə diqqət göstərilmədiyini bildirib.

“Əziz şəhid anaları, qazilər, burada kim haqqı deyir? Mən deyirəm. Siz də susub baxırsınız. İcra başçısı: “Evinizdə olmuşam”, - deyir. Siz mənim evimi tanıyırsınız? Vəziyyətimlə bağlı müraciət etmək istəyirəm, nə köməkçini, nə başçını yerində tapa bilirəm. Mənə hələ də: “Sənə kömək edəcəyik”, - deyirlər”.

Qazi onu müalicə üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdiklərini, lakin heç bir effekt vermədiyini, xəstəxanaların onu müalicə etmədiyini diqqətə çatdırıb:

“Respublikanski” xəstəxanasına, sonra da “Semaşko”ya göndərdilər, amma hər ikisindən müalicəmə onların baxmadığı deyildi. Məni niyə müalicə etdirmirlər? Mənə ev də, torpaq da, maşın da vermisiniz, maaşımı da alıram, amma mənim azadlığımı qaytara bilməzsiniz. Evinizi də, torpağınızı da, maaşınızı da geri qaytarıram, amma məni ayağa qaldırın. Hansı biriniz qaldırırsınız? İki ilim gedib. İki ilə bir balaca uşaq yeriyir, hansı biriniz mənim iki ilimi qaytara bilərsiniz? Mən sizə probleməm?”/oxu.az

VİDEO BURADA: https://baku.tv/embed/68537

Xəbər 1212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +