Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


26.12.2022  11:47 

“Bunların hamısına cavabdeh Zakir Qaralovdur“





A+  A-

"Həmin cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər nazirliyi, MTN və Müdafiə nazirliyinin birgə məlumatını oxuyanda dəhşətə gəldim. Belə bir bəyanata necə imza atmaq olar?”

XəzərNews.az xəbər verir ki, bu sözləri sabiq Baş Prokuror Əli Ömərov Laf TV-nin efirində "Tərtər işi" ilə bağlı danışarkən deyib.

Ə. Ömərov hesab edir ki, bəyanata imza atanlar içərisində ən ağır məsuliyyətə cəlb olunmalı şəxs keçmiş prokuror Zakir Qaralovdur:

“Onlarla bağlı mən Vikipediada məlumatlar oxumuşam. Zakir Qaralov 1979-cu ildə hüquq fakültəsini bitirib. Həmin ildən də Prokurorluq orqanlarına qəbul olunub.

Maraqlıdır ki, Z. Qaralov Prokurorluq orqanlarında işləyən zaman, həm də MTN də nəzarət idarəsinin prokuroru olub. Yəni o, casusluğun, dövlətin sərhədlərinin pozulmasının, vətənə xəyanətin nə olduğunu digərilərinə nisbətən daha yaxşı bilir və bilirdi.

Maraqlıdır ki, həmin ssenarini kim yaradıb?
Bu işlə bağlı İstintaq qrupunun gücü yetərli deyil, əlavə qüvvələr cəlb olunmalıdır.

Bu cəzalar, işgəncələr həmin qanunsuz məlumatın nəticəsidir. Məlumata imza atanlar çalışıb ki, orada göstərilən vətənə xəyanət, casusluq, erməniyə məlumat ötürmək məsələsini sübut etsinlər.

Axırda özləri hiss edib ki, müəyyən etmək mümkün deyil, başlayıblar başqa yollara əl atmağa, Azərbaycan əsgərini ermənilərə satıblar.

Əgər belə fakt varsa, vətənə xəyanət yoxdur, cinsi zorlama faktı var. Bunu yazan müstəntiqin əllərini kəsmək lazımdır. Necə sən rəşadətli Azərbaycan xalqına belə böhtan yazmağı özünə rəva bilirsən?! Deyirlər, guya 1 erməni 15-16 Azərbaycan əsgərini zorlayıb buraxırmış... Bu nə deməkdir?! Belə biabırçılıq olmaz. Bunların hamısına cavabdeh ölkənin baş prokurorudur”.

Xəbər 1137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +