Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


25.01.2022  17:34 

Jurnalist partiya sədrini koronaya yoluxdurub?





A+  A-

REAL Partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.

XəzərNews.az xəbər verir ki, bu barədə partiya sədri feysbuk üzərindən məlumat yayıb. İ.Məmmədov virusa ondan müsahibə almaq üçün gələn jurnalistdən yoluxduğunu da əlavə edib:

"Yanvarın 20-də bir jurnalistə müsahibə vermişdim. İki gün sonra zəng etdi ki, xəstəxanaya gedir, "kovid" tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub bir gözləmək qərarı verdim, düz də elədim - dünən qızdırma oldu 38,9.

Bunlar hamısı olan şeydir. Başa düşülməyən başqa məsələ var. Biz indi bütün ailə bir həftə mənzildə oturmalıyıqsa, bizə qidanı, dərmanı kim alacaq, zibili kim atacaq?

Düzdür, bu şəxsən bizə aid sual deyil, çünki kömək edəcək yaxınlarımız var. Kiminsə xahiş edəcəyi yaxını yoxdursa, o nə eləsin?

Uyğun dövlət sosial xidmətləri qurmadan xalqla qadağalar tonunda danışmaq - bu necə də YAP hakimiyyətinə xas siyasətdir".


Xəbər 1727 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +