Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


10.12.2020  15:28 

Rusiyada “Qiyamət təyyarəsindən” 1 milyonluq oğurluq





A+  A-

Rusiyada nüvə müharibəsi baş verəcəyi təqdirdə istifadəsi nəzərdə tutulan “Qiyamət təyyarəsi” adlandırılan “İl-80” model təyyarəsi soyulub.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rostovdakı təyyarədəki təqribən 1 milyon rubl dəyərində texnika oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb, aşkarlanan ayaq və barmaq izləri ekspertiziyaya göndərilib.

Kremlin mətbuat katibi Dmitriy Peskov hadisə ilə bağlı açıqlama verib, belə bir hadisənin təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini söyləyib.

Qeyd edək ki, Sovet İttifaqı dövründə nüvə müharibəsi vəziyyətində ölkənin ən yüksək vəzifəli şəxslərini daşımaq üçün istehsal olunan xüsusi təyyarə ilk uçuşunu 1985-ci ildə etmişdi. Rusiya Hərbi Hava Qüvvələrində “İlyuşin-80” tipli dörd təyyarə var.

Rusiya xaricində bu tip təyyarələr yalnız ABŞ-da (16 ədəd) mövcuddur.



Xəbər 2205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +