“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.09.2020  13:43 

Bu statusu yazıb intihar etdi





A+  A-

Sabirabad Gənclər İdman İdarəsinin keçmiş baş əməkdaşı Rauf Əsədov intihar edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 10 gün öncə işdən çıxarılan 1989-cu il təvəllüdlü R.Əsədov intihardan əvvəl sosial şəbəkə hesabında vida paylaşımı edib.

O, son sözlərində həyat yoldaşına və oğluna müraciət edib: “Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan! Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək?! Yox, çox çətindir! Çox!

Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içində nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər...

Həyatda bağışla deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum! Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu, hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur!

Bütün dostlarıma, birazdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə, məni asla qınamayın və pis olmayın deyirəm! Sən mənim həyatımsan oğlum! Olduğun yer nəfəsdir mənə. Sən qolum-qanadımsan, oğlum!
Varlığın belə yaşamağa bəsdir mənə...

Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyf, heç bir şey göründüyü kimi deyil... Əlvida!”

Xəbər 1978 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +