Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


26.07.2019  15:37 

“İyunda inflyasiya aşağı düşüb“ - Elman Rüstəmov





A+  A-

“İyun ayında inflyasiya 0,5 faiz aşağı düşüb”.
XəzərNews.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, ərzaq məhsullarında 4,3 faiz, qeyri-ərzaq məhsullarında 1,3 faiz, xidmətlər üzrə 2,3 faiz inflyasiya olub:

“İlin sonuna inflyasiyanın hədəf daxilində, 4,2 faiz həcmində qalacağı proqnozlaşdırılır. Hazırda ölkədə faktiki inflyasiya hədəfdən aşağıdır. İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3 faizi inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.

Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faizdən, qeyri-neft ixracı 13 faizdən çox artıb:

“Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib".

Xəbər 2090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +