Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


01.05.2018  15:17 

İnformasiya təhlükəsizliyi təminatı gücləndiriləcək





A+  A-

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını və bu kontekstdə informasiya təhlükəsizliyinin rolunu araşdırmaq, müvafiq təbliğat, təşviqat və maarifləndirmə işləri həyata keçirməkdən ibarətdir.

Layihədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli imkanları araşdırılır və bu kontekstdə informasiya təhlükəsizliyinin təminatı məsələləri təhlil olunur, onun gücləndirilməsi mənafeyinə xidmət göstərən yanaşmalar irəli sürülür.

Layihə geniş ictimaiyyəti, xüsusən də Azərbaycanda təhsil alan xarici tələbələri, gəncləri, kütləvi informasiya vasitələri və internet informasiya ehtiyatları təmsilçilərini, o cümlədən sosial şəbəkə istifadəçilərini əhatə edəcək. Onların sayı yüzlərlədir və 22-35 yaş qrupuna aiddirlər, yəni potensial təbliğatçılardır.

Layihə çərçivəsində araşdırma materialları hazırlanacaq. Burada ilk növbədə informasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə tətbiqi imkanlarının araşdırılması, qiymətləndirilməsi və əldə edilən nəticələrin geniş ictimaiyyət, xüsusən də gənclər və media mənsubları arasında təbliği məsələləri diqqət mərkəzində saxlanılacaq. Ümumilikdə icraçı QHT-nin hazırladığı 5-dən çox araşdırma təqdim olunacaq.

Ali məktəblərin birində tələbələrin və jurnalistlərin iştirakı ilə seminarların təşkil ediləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbələrə layihə çərçivəsində 3 tədbir təşkil olunacaq. Hər seminarda 40 xarici və yerli tələbənin iştirakı nəzərdə tutulub. Tədbirdə ölkənin tanınmış politoloqları layihənin mövzusuna aid məruzələrlə çıxış edəcəklər.

Bakıda yaşayan və təhsil alan yerli və xarici tələbələrin, işçi miqrantların iştirakı ilə Dəyirmi masa təşkil olunacaq. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq Dəyirmi masada 60 nəfərin iştirakı təmin olunacaq. Tədbirdə layihənin məqsədi, vəzifələri, Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, münaqişənin həlli ilə bağlı danışıqların indiyə qədər hansı mərhələlərdən keçdiyi, ATƏT-in Minsk qrupunun yaradılması və onun tərəflərə təqdim etdiyi təkliflərin məzmunu, ən başlıcası isə Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyi ilə bağlı məlumat veriləcək.

Layihənin icrası zamanı keçirilən tədbirlər, görüşlər mətbuat vasitəsi ilə ictimailəşdiriləcək. Eyni zamanda icraçı QHT mövzu ilə əlaqədar internet və klassik mediada analitik materiallarla çıxış edəcək. Ümumilikdə 4 internet resursunda 10-dan çox press-reliz yayımlanacaq.

Layihənin icra müddəti 4 aydır: 01.05.2018 – 01.09.2018

Xəbər 1414 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +