Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


10.07.2017  16:34 

Qənimət Zahiddən məhkəməyə məktub





A+  A-

Bu gün Səbail rayon məhkəməsində "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Aytən Əliyevanın icraatında olan prosesdə vəkillər bildiriblər ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, birinci müavini Rahim Hacıyev və qəzetin əməkdaşı Xəyal Babayev məhkəmənin elektron ünvanına məktub göndəriblər.

R.Hacıyev və X.Babayev məktubda qeyd ediblər ki, istintaqdakı ifadələrini təzyiq altında veriblər, ona görə də həmin ifadələrdən imtina edirlər. Xahiş edirlər ki, o ifadələr sübutlar siyahısından çıxarılsın.

Q.Zahid isə qeyd edib ki, Faiq Əmirlinin təşkilati və maliyyə məsələləri ilə bağlı qərar vermək səlahiyyəti olmayıb.

Hakim bildirib ki, məktublar məhkəməyə daxil olandan sonra bu vəsatətə baxıla bilər.
Daha sonra şahid Sultan İsmayılov ifadə verərək deyib ki, təxminən 10 il əvvəl "Azadlıq" qəzetində torpaq ərazisinin satışı haqda elan verib. Elan bir neçə ay gedib, hər ay üçün də 2-3 manat pul ödənilib.

Onun istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət aşkarlanıb. Belə ki, S.İsmayılovun istintaq ifadəsində qeyd edilib ki, elanı 2010-2015-ci illərdə verib, pulu isə qəzetin "Sahil" metrostansiyası yaxınlığında yerləşən redaksiyasında verib.

Vəkillər bildiriblər ki, qəzet 2006-cı ildən "Sahil"dəki redaksiyasından çıxaraq "Azərbaycan" nəşriyyatına köçüb.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

Xəbər 1502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +